Bosniya və herseqovinalı veteran futbolçu Nikola Yokişiç Serbiya millisinin Bakıda Azərbaycana qarşı keçirəcəyi DÇ-2022-nin seçmə oyunundan əvvəl açıqlama verib.

 

Sportal.az "Mondo" nəşrinə istinadla xəbər verir ki, 1991 - 1992-ci illərdə Serbiya "Voyvodina"sının formasını geyinmiş 50 yaşlı sabiq hücumçu bildirib ki, milli üzvləri bu nəticədən sonra arxayınlaşıblar:

 

"Dörd fantastik qol və hər iki qapı qarşısında onlarla təhlükəli vəziyyət izlədik. Bir oyundan başqa nə gözləyə bilərik? Yığmanın çıxışından məmnunam. Qəribə səslənə bilər. Amma mənim üçün Portuqaliya ilə 2:2 hesablı heç-heçə ideal nəticədir. Komanda Bakıya rahat yollanıb. Amma inanıram ki, futbolçular tam olaraq sabahkı matça kökləniblər. Onlar Azərbaycan millisinə qarşı da ilk dəqiqədən final fitinədək intizamlı və məsuliyyətli oynayacaqlar".