"Real"da Ramos şoku

23:37 - 1 Aprel 2021

"Real"ın kapitanı Serxio Ramos sıradan çıxıb.

 

Sportal.az xəbər verir ki, 35 yaşlı müdaifəçi İspaniya millisinin düşərgəsində zədələnib. Müayinələrdən sonra onun 1 ay yaşıl meydanlardan kənar qalacağı müəyyənləşib.

 

Ramos İspaniya La Liqasında "Barselona"ya qarşı aprelin 10-da "El Klasiko"nu, eyni zamanda "Liverpul"la Çempionlar Liqasının 1/4 final matçlarını (aprelin 6-sı və 14-ü) buraxmalı olacaq.

Xəbər xətti