"Barselona"nın baş məşqçisi Ronald Kuman komandanın kapitanı Lionel Messinin gələcəyindən danışıb.
Sportal.az xəbər verir ki, niderlandlı mütəxəssis argentinalı hücumçunu komandada saxlamağa çalışacaqlarını deyib:
"Messinin qərarı bizim üçün çox vacibdir. Onun daha uzun illər "Barselona"da qalması üçün çalışacağıq. Prezident və bir çox insan bunun üçün çalışır".
Messi bu mövsüm keçirdiyi 37 oyunda 29 qol vurub, 13 məhsuldar ötürmə edib. 33 yaşlı futbolçunun müqaviləsi mövsümün sonunda başa çatır.
saytlarin hazirlanmasi