İspaniya Kral Futbol Federasiyası La Liqanın 29-cu turunda "Kadis" - "Valensiya" matçında baş verən hadisə ilə bağlı araşdırmaya başlayıb.
Sportal.az xəbər verir ki, buna səbəb oyunun ilk hissəsinin 25 dəqiqə dayanması səbəb olub. Qonaqların futbolçusu Muktar Diakabi "Kadis"də çıxış edən Xuan Kala tərəfindən irqçiliyə məruz qaldığını söyləyib.
Diakabi meydanı tərk etdikdən sonra ona komanda yoldaşları da qoşulub. Bu üzdən oyunda uzun fasilə yaranıb.
Kala isə açıqlamasında Diakabiyə qarşı irqçi sözlər söyləmədiyini bildirib.
Oyudna "Kadis" 2:1 hesablı qələbə qazanıb.
saytlarin hazirlanmasi