UEFA "Atletiko"nun futbolçusu Stefan Saviçi 4 oyunluq cəzalandırıb.
Sportal.az xəbər verir ki, buna monteneqrolu müdafiəçinin Çempionlar Liqasının 1/8 final mərhələsinin "Çelsi"yə 0:2 hesabı ilə uduzduqları cavab matçındakı davranışı səbəb olub.
Oyunda qırmızı vərəqə alaraq meydandan qovulan futbolçu baş hakim Daniele Orsatonu təhqir edib.
Matçın 82-ci dəqiqəsində rəqib futbolçusu Antonio Rudigeri dirsəyi ilə vuran müdafiəçi UEFA-nın Nizam-intizam komitəsinin qərarı ilə avrokuboklarda 4 oyunu buraxacaq.
saytlarin hazirlanmasi