Benzema Ronaldonu ötdü

16:50 - 22 Aprel 2021

"Real"ın futbolçusu Kərim Benzema hazırda "Yuventus"da çıxış edən keçmiş komanda yoldaşı Kristiano Ronaldonun göstəricisini geridə qoyub.

 

Sportal.az xəbər verir ki, 33 yaşlı hücumçu buna La Liqanın XXXI turunda "Kadis"i 3:1 hesabı ilə məğlub etdikləri matçda nail olub.

 

Bu görüşdə dubl edən fransalı forvard ikinci qolda Alvaro Odriosolaya məhsuldar ötürmə verib. Beləliklə, Benzema La Liqadakı assist sayını 88-ə çatdırıb və Ronaldonu (87 məhsuldar ötürmə) geridə qayub.

Xəbər xətti