Natalya Məmmədova karyerasını başa vurdu

09:40 - 25 Aprel 2021

Azərbaycan millisinin keçmiş voleybolçusu Natalya Məmmədova karyerasını başa vurub.

 

Sportal.az xəbər verir ki, 36 yaşlı hücumçunun çıxış etdiyi “Volero le Kannet” klubu sosial şəbəkə səhifəsində bu barədə məlumat yayıb. Bildirilib ki, yüksək səviyyədə 20 mövsüm keçirən Natalya üçün “Mark En Barel” klubuna qarşı görüş sonuncu olub.

 

Ukrayna əsilli voleybolçu 2003-cü ildə “Azərreyl”ə transfer olunub, bir il sonra isə Azərbaycan yığmasına cəlb edilib. O, 2004-18-ci illərdə millidə çıxış edib.

Xəbər xətti