Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda "Çelsi" ilə matçda (1:1) fərqlənən "Real"ın futbolçusu Kərim Benzema rekorda nail olub.
Sportal.az xəbər verir ki, 34 yaşlı hücumçu turnirində 71-ci qolunu vurub. O, bu göstəricidə Madrid klubunun keçmiş futbolçusu Raul Qonsalesə çatıb.
ÇL-də Kriştiano Ronaldu (134 qol) 1-ci, Lionel Messi (120 qol) 2-ci, Rovert Levandovski (73 qol) 3-cüdür. Benzema və Raul isə 4-5-ci yerləri bölüşdürür.
saytlarin hazirlanmasi