Hazard "Real" azarkeşlərini qəzəbləndirdi

12:12 - 6 May 2021

"Real"ın futbolçusu Eden Hazard komandanın azarkeşlərinin qəzəbinə tuş gəlib.

 

Sportal.az xəbər verir ki, o, Çempionlar Liqasında "Çelsi"yə 0:2 hesabı ilə uduzduqları yarımfinal mərhələsin cavab görüşündən sonrakı davranışına görə tənqid edilib

.

Belçikalı hücumçu matç bitəndən sonra "Çelsi"dəki keçmiş komanda yoldaşları ilə zarafatlaşıb. Bu səbəbdən Madrid təmsilçisinin fanatları 30 yaşlı vingeri sərt tənqid ediblər.

 

Hazard "Real"a 2019-cu ilin yayında "Çelsi"dən 100 milyon avroya keçib.

Xəbər xətti