Ter Şteqen əməliyyat olundu

16:45 - 21 May 2021

"Barselona"nın qapıçısı Mark-Andre ter Ştegen əməliyyat olunub.

 

Sportal.az xəbər verir ki, diz əməliyyatı uğurlu keçib. Məlumat klubun saytı yayıb. Kataloniya təmsilçisi alman qolkiperin sağalma müddətini açıqlamayıb.

 

Almaniya millisinin üzvü olan 29 yaşlı qolkiperin AVRO-2020-ni buraxacağı dəqiqdir.

Xəbər xətti