La Liqada çempion müəyyənləşdi

00:20 - 23 May 2021

İspaniya La Liqasında 2020/21 mövsümünün qalibi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, bu, "Atletiko" olub. Madrid təmsilçisi son turda "Real Valyadolid"lə qarşılaşıb və 2:1 hesablı qələbə qazanıb.

 

Beləliklə, "Atletiko" xallarının sayını 86-ya çatdırıb və ən yaxın izləyicisi "Real"ı 2 xal qabaqlayaraq tarixində 11-ci dəfə ölkə çempionu olub.

Xəbər xətti