"Real"ın yeni baş məşqçisi müəyyənləşdi

16:16 - 1 İyun 2021

"Real"ın yeni baş məşqçisi müəyyənləşib.

 

Sportal.az "Marca"ya istinadla xəbər verir ki, komandanı bundan sonra Karlo Ançelotti çalışdıracaq. İtaliyalı mütəxəssis müqaviləsi olduğu İngiltərənin "Everton" klubundan ayrılacaq.

 

61 yaşlı mütəxəssis bu vəzifədə Zinəddin Zidanı əvəz edəcək.

 

Ançelotti daha öncə 2013-2015-ci illərdə Madrid klubunun baş məşqçisi olub.

Xəbər xətti