Ançelotti: "Real"ı Ramossuz təsəvvür etmirəm"

"Real"ın yeni baş məşqçisi Karlo Ançelotti açıqlama verib.

 

Sportal.az xəbər verir ki, italiyalı mütəxəssis komandanın müdafiəçisi Serxio Ramosun gələcəyi ilə bağlı danışıb:

 

"Serxio Ramos "Real" üçün mühüm futbolçudur. Mən onsuz "Real"ı düşünə bilmirəm. Hazırda danışıqlar gedir və inanıram ki, Ramos komandada qalacaq".

 

61 yaşlı mütəxəssis ötən mövsüm "Tottenhem"ə icarəyə verilən Qaret Beyl barədə bunları deyib:

 

"Beyl Premyer Liqada çox oynamadı, amma kifayət qədər qol vurdu. Çempionatın son həftələrində davamlı olaraq oynadı və diqqətçəkən performansla yadda qaldı. İndi isə bizə qayıdacaq. Onu yaxından tanıyıram və gələn mövsüm daha yaxşı oynamaq üçün motivasiyalı olacaq. Buna şübhə etmirəm".

Tarix: 4 İyun [16:45]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
5 Avqust 2021
4  Avqust 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio