La Liqada mövsümün ən yaxşısı

11:37 - 11 İyun 2021

İspaniya La Liqasında 2020/2021 mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, "Atletiko"nun qapıçısı Yan Oblak ötən mövsümün ən yaxşı oyunçusu seçilib. Sloveniyalı qolkiper ölkə çempionatında son mövsümdə meydana çıxdığı 38 matçda 25 qol buraxıb, 18 qarşılaşmada qapısını toxunulmaz saxlayıb.

 

"Atletiko" ötən mövsüm La Liqanın qalibi olub.

Xəbər xətti