"Barselona"nın hücumçusu Lionel Messi ilə müqaviləsi başa çatıb.
Sportal.az xəbər verir ki, argentinalı hücumçunun iyunun 30-da bitən müqaviləsi hələ də yenilənməyib. 34 yaşlı ulduz futbolçu hazırda azad agentdir.
Kataloniya klubunun prezidenti Xoan Laporta Lionel Messini müqaviləsini uzatmaq istədiklərini deyib: "Messi komandada qalmaq istəyir. Maliyyə feyr-pley problemlərimiz var. Narahat deyilik. Hər iki tərəf ən yaxşı yolu axtarır".
saytlarin hazirlanmasi