Millinin AÇ-dəki oyunlarının təqvimi

13:30 - 4 İyul 2021

Avqustun 18-dən sentyabrın 4-dək keçiriləcək Avropa çempionatında mübarizə aparacaq qadın voleybolçulardan ibarət Azərbaycan millisinin oyunlarının təqvimi təsdiq olunub.

 

Sportal.az xəbər verir ki, final mərhələsində A qrupunda yer alacaq yığmamız görüşlərini Serbiyanın paytaxtı Belqradda keçirəcək.

 

Komandamızın rəqibləri meydan sahibləri, Bolqarıstan, Rusiya, Belçika, Fransa, Bosniya və Herseqovina olacaq.

 

Qitə birinciliyinə Serbiya, Bolqarıstan, Xorvatiya və Rumıniya ev sahibliyi edəcək.

 

20 avqust
17:00. Azərbaycan – Belçika

 

21 avqust
18:00. Azərbaycan – Bosniya və Herseqovina

 

22 avqust
17:00. Rusiya – Azərbaycan

 

24 avqust
20:00. Azərbaycan – Serbiya

 

25 avqust
17:00. Fransa – Azərbaycan.

Xəbər xətti