İspaniya millisində ciddi itki - yarımfinalda oynamayacaq

15:32 - 6 İyul 2021

İspaniya millisinin futbolçusu Pablo Sarabiya bu gün Avro-2020-nin yarımfinalında keçiriləcək İtaliya ilə matçı buraxacaq.

 

Sportal.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Luis Enrike danışıb. O, 29 yaşlı yarımmüdafiçinin zədə səbəbindən qarşılaşmada iştirak edə bilməyəcəyini qeyd edib: "Pablo Sarabiya xaricində hər kəs oynamağa hazırdır. O, oyunda iştirak edə bilməyəcək. Qalan futbolçular fiziki cəhətdən yaxşı hazırlaşıb, oyunu səbirsizliklə gözləyirlər".

 

Qeyd edək ki, Sarabiya 1/4 finalda İsveçrə ilə matçda zədələnib.

 

Əlavə edək ki, İtaliya - İspaniya oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Xəbər xətti