İspaniya milli komandasının baş məşqçisi Luis Enrike futbolçusu Pedri haqda danışıb.
Sportal.az xəbər verir ki, o, gənc oyunçunun oyunu haqda xoş sözlər səsləndirib. Enrike Pedrini hətta Andres İnyesta ilə müqayisə edib:
"Pedrinin bu turnirdə necə oynadığını gördünüz? 18 yaşlı bir futbolçunun belə oynadığını heç vaxt görməmişəm. Bu yaşda bu cür performansı Andres İnyestada belə görmədim. Çox çılğınca idi".
Qeyd edək ki, İspaniya millisi Avropa çempionatının yarımfinal mərhələsində İtaliyaya məğlub olaraq (1:1, penaltilər seriyası - 4:2) mübarizəni dayandırıb. 90 dəqiqə meydanda olan Pedri matç ərzində 55 ötürmə edib və bunların hamısı dəqiq olub.
saytlarin hazirlanmasi