"Morata komanda üçün çox çey etdi" - Luis Enrike

13:45 - 7 İyul 2021

İspaniya milli komandasının baş məşqçisi Luis Enrike penalti seriyasında İtaliyaya məğlub olduqları oyundan sonra mətbuat konfransında açıqlamalar verib.

 

Sportal.az xəbər verir ki, 51 yaşlı mütəxəssis çempionatda İtaliyanı dəstəkləyəcəyini bildirib:


"İtaliyanı təbrik edirəm. Ümid edirəm Avropa çempionluğunu onlar qazanar. İtaliyanı dəstəkləyəcəyəm. Gördüklərimdən məmnunam. Çempionatın ən gözəl oyunlarından biri idi".

 

Luis Enrike penalti zərbəsini qola çevirə bilməyən hücumçu Alvaro Morata haqqında fikirlərini də açıqlayıb:

 

"Moratanın fiziki olaraq problemi var idi. Amma buna baxmayaraq penalti vurmaq istədi. Onu cəsarəti və xarakterinə görə təbrik etməliyəm. Bu gün komanda üçün çox şet etdi, qolumuza da o vurdu".

Xəbər xətti