İspaniyanın "Real" klubunda yeni müqavilə imzalanıb.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Madrid təmsilçisi müdafiəçi Naço Fernandeslə müqavilənin müddətini uzadıb. 31 yaşlı müdafiəçi 2023-cü ilədək "kral klubu"nun formasını geyinəcək.
Qeyd edək ki, Naço "Real"ın yetirməsidir. O, 2011-ci ildən əsas komandada çıxış edir. İspaniyalı müdafiəçi "Real" forması ilə meydana çıxdığı 158 oyunda 8 qol vurub.
saytlarin hazirlanmasi