Voleybol millimiz Polşaya yollandı

18:08 - 8 İyul 2021

İyulun 9-11-də təşkil olunacaq “Vaqner Memorial” turnirində iştirak edəcək kişi voleybolçulardan ibarət Azərbaycan millisi Polşaya yola düşüb.

 

Sportal.az xəbər verir ki, turnirdə millimizin rəqibləri Misir, Norveç və ev sahibi Polşa yığmaları olacaq.

 

Komandamız ilk matçını iyulun 9-da Misir millisinə qarşı keçirəcək. Ertəsi gün yığmamız Polşa, iyulun 11-də isə Norveç seçməsi ilə qarşılaşacaq.

Xəbər xətti