İspaniyanın "Barselona" və "Atletiko" klubları səs-küylü transferlərə hazırlaşırlar.
Sportal.az xəbər verir ki, klublar futbolçuları - Saul Niqes və Antuan Qrizmannı dəyişmək üçün danışıqlar aparırlar. "Atletiko" Niqesin keçidi üçün qarşı tərəfdən 20 milyon avro təzminat da tələb edir.
Katalonların baş məşqçisi fransalı hücumçunun ayrılmasının tərəfdarıdır. Bu səbəbdən danışıqların uğurlu tamamlanacağı gözlənilir.
Saulun adı "Liverpul"la da hallansa da, 26 yaşlı yarımmüdafiəçi "Barsa"ya keçməyə müsbət yanaşır.
30 yaşlı Qrizmann 2019-cu ildə "Atletiko"dan "Barselona"ya 120 milyon avro qarşılığında keçmişdi.
saytlarin hazirlanmasi