Argentina millisinin üzvü Lionel Messinin "Barselona" ilə iyunun 30-u müqaviləsi başa çatıb.
Sportal.az xəbər verir ki, tərəflər hələ ki yeni müqavilə ilə bağlı razılığa gəlməyiblər. "L'Equipe" nəşrinin məlumatına əsasən, ulduz futbolçu azad agent statusuna yiyələndiyi üçün günlük 100 min avro qazancdan məhrum olub.
34 yaşlı futbolçunun adı PSJ ilə də hallanır. "Barselona"nın prezidenti Xoan Laporta isə açıqlamasında bildirib ki, Messi katalonlarda qalacaq və buna görə narahat deyillər.
saytlarin hazirlanmasi