Peresdən şok sözlər: "Kasilyas və Raul fırıldaqçıdı"

14:26 - 13 İyul 2021

"Real"ın prezidenti Florentino Peresin qalmaqallı səs yazısı yayılıb.

 

Sportal.az xəbər verir ki,  2006-cı ilin sentyabr ayında keçirilən iclasda o, "Real"ın əfsanələri Raul Qonsales və İker Kasilyas haqda sərt ifadələr səsləndirib. Peres hər iki futbolçunu fırıldaqçı adlandırıb:

 

"Kasilyas "Real"ın səviyyəsində qapıçı deyil. Heç vaxt bizə uyğun qolkiper olmayıb. O, bizim böyük uğursuzluğumuzdu. Sadəcə, ona pərəstiş edənlər İkeri çox güclü şəkildə müdafiə edir. Ən böyük fırıldaqçılardan biri Kasilyas, ikincisi isə Rauldur".

 

Qeyd edək ki, İker Kasilyas və Raul Qonsales "Real"ın yetirmələridir. Hər iki futbolçu uzun illər "kral klubu"nda oynayıb.

Xəbər xətti