Peresin növbəti səs yazısı yayıldı: Hədəfdə Ronaldo, Mourinyo və Del Boskedi

11:41 - 15 İyul 2021

İspaniya mətbuatı "Real"ın prezidenti Florentina Peresin növbəti səs yazısını yayıb.

 

Sportal.az xəbər verir ki, daha əvvəl İker Kasilyas və Raul Qonsales haqqında ağır ifadələr işlədən Peresin hədəfində bu dəfə yayılan səs yazısında Visente Del Boske, Kriştiano Ronaldo və Joze Mourinyo var.

 

"El Confidencial" qəzetinin yaydığı səs yazısında klub rəhbəri Ronaldo haqda "O, axmaq və xətsə adamdı. Ronaldo və Mourinyo ikisi də anormaldı" sözlərini deyib.

 

Florentino Peresin səs yazılarından nəsibini alan digər şəxs isə "Real"ın və İspaniya millisinin keçmiş baş məşqçisi Visente Del Boskedi. O, təcrübəli məşqçinin ünvanına ağır ifadələr səsləndirib:

 

"Nə məşq etdirməyi bilir, nə də taktikanı. O, axmaqdı. Del Boskeyə iş təklifi gəlmir çünki, hamı onun məşqçi olmadığını bilir. İnanmırsızsa, "Beşiktaş" prezidentindən və Rafael Benitesdən soruşun. Milli komandaya gedəcəyini deyirlər. Millidəki əksik şey zatən Del Boskidi".

Xəbər xətti