Məşhur futbolçu karyerasını başa vurdu

11:02 - 17 İyul 2021

Argentina millisinin sabiq müdafiəçisi Ezekyel Qaray karyerasını başa vurub. 

 

Sportal.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında məlumat yayıb.

 

Peşəkar karyerasını 34 yaşında baş vuran futbolçu “Nyuells Old Boyz” klubunun yetirməsidir. O, karyerası ərzində İspaniyada “Rasinq”, “Real” (Madrid), Portuqaliyada “Benfika”, Rusiyada “Zenit” klublarının da uğurları üçün çalışıb. Futbolçunu son klubu "Valensiya" olub. Qaray Argentina yığmasında 32 oyuna çıxıb.

Xəbər xətti