"Barselona"nın yeni transfer hədəfi müəyyənləşdi

11:45 - 19 İyul 2021

"Barselona" "Lill"in 23 yaşlı yarımmüdafiəçisi Renatu Sançeşi transfer etmək istəyir.

 

Sportal.az xəbər verir ki, katalonlar bu keçid üçün 30 milyon avrosundan keçməyə hazırdır. Tərəflərin danışıqlar apardığı bildirilir.

 

Portuqaliya millisinin üzvü ötən mövsüm keçiridiyi 29 oyunda 1 qol vurub, 3 məhsuldar ötürmə edib.

 

"Barselona" bu yay Serxio Aquero, Memfis Depay və Erik Qarsiyanı transfer edib.

Xəbər xətti