"Atletiko"nun prezidenti Qrizmanna "yaşıl işıq" yandırdı

19:19 - 20 İyul 2021

"Atletiko"nun prezidenti Enrike Sereso "Barselona"nın hücumçusu Antuan Qrizmannın mümkün transferindən danışıb.

 

Sportal.az xəbər verir ki, klub rəhbəri fransalı futbolçunu yenidən komandada görmək istədiklərini deyib:

 

"Bu gün futbolda hər şey ola bilər. Bu keçidlə bağlı hər şey mümkündür".

 

"Barselona" "Atletiko"nun yarımmüdafiəçisi Saul Niqes üçün madridlilərə Antuan Qrizmannı təklif edib. Tərəflər arasında danışıqlar gedir.

 

30 yaşlı Qrizmann 2019-cu ildə "Atletiko"dan "Barselona"ya 120 milyon avro qarşılığında keçmişdi.

 

Xəbər xətti