"Barselona"nın prezidenti Xuan Laporta Lionel Messinin komandadakı gələcəyi ilə bağlı açıqlama verib.
Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisinin rəhbəri bunları deyib:
"İşlər yaxşı gedir, amma bəzi problemlər çözülməyib. Hamımız Messinin La Liqada qalmasını istəyirik. O da burada qalmaq istəyir. İmkan daxilində hər şeyi etməyə çalışacağıq. Çünki Messi "Barselona"da qalmaq fikrindədir".
İspaniya mətbuatının məlumatına əsasən, katalonlar 34 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalayacaq.
Argentinalı ulduzun "Barselona" ilə müqaviləsi 30 iyun tarixində bitib.
saytlarin hazirlanmasi