"Sevilya" "Şalke"nin müdafiəçisi Ozan Kabakı transfer etmək istəyir.
Sportal.az xəbər verir ki, La Liqa təmsilçisi II Bundesliqa klubuna bu keçid üçün 10 milyon avro təklif edib. Helzenkirxenlilər isə bu keçid üçün Əndəlüsiya klubundan 15 milyon avro təzminat tələb edib. "Deportivo"da yer alan xəbərə görə,klublar tezliklə razılığa gələcəklər.
Türkiyə millisinin üzvü ötən mövsümün ikinci yarısını İngiltərənin "Liverpul" klubunda keçirib.
saytlarin hazirlanmasi