İspaniyanın "Barselona" klubunun heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisinin yeni transferi olan Serxio Aquero zədələnib. Sağ baldırından xəsarət alan forvard dünən "Yuventus"la qarşılaşmada (3:0) heyətdə olmayıb. Tibbi müayinədən sonra məlum olub ki, 33 yaşlı argentinalı hücumçu noyabr ayına kimi meydana çıxmayacaq.
Qeyd edək ki, "Mançester Siti" ilə müqaviləsi başa çatan Aquero yay fasiləsində "Barselona"ya keçib. O, La Liqa təmsilçisinin heyətində debüt etməyib.
saytlarin hazirlanmasi