"Barselona" "Kayserispor"un yarımmüdafiəçisi Əmrə Dəmirin transferini yekunlaşıdırıb.
Sportal.az "TRT Spor"a istinadla xəbər verir ki, 17 yaşlı futbolçunun transferi tezliklə açıqlanacaq.
Əmrə 15 yaşında Super Liqada qol vurmağı bacarıb. O, "Kayseirspor"da keçiridiyi 31 oyunda 3 qol vurub, 1 məhsuldar ötürmə edib.
"Barselona" bundan öncə Avstriya millisini seçən 18 yaşlı türkiyəli yarımmüdafiəçi Yusuf Dəmiri də heyətinə qatıb.
saytlarin hazirlanmasi