İspaniyanın "Atletiko" klubunda yeni müqavilə qeydə alınıb.
Sportal.az xəbər verir ki, Madrid təmsilçisi Stefan Saviçlə müqavilə müddətini uzadıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 30 yaşlı müdafiəçi ilə 3 illik yeni sözləşmə imzalanıb.
Qeyd edək ki, Monteneqrolu futbolçu "Atletiko"ya 2015-ci ildə "Fiorentina"dan keçib. O, La Liqa klubunun heyətində meydana çıxdığı 144 oyunda 2 qol vurub.
saytlarin hazirlanmasi