İspaniyanın "Real" klubunda yeni müqavilə qeydə alınıb.
Sportal.az xəbər verir ki, Madrid təmsilçisi qapıçı Tibo Kurtua ilə sözləşməni yeniləyib. Belçika millisinin üzvü ilə 2026-cı ilin yayına kimi müqavilə imzalanıb.
Qeyd edək ki, 29 yaşlı qolkiper "Real"a 2018-ci ildə "Çelsi"dən keçib. Təcrübəli "əlcək sahibi" "kral klubu"nun heyətində 130 qarşılaşmada meydana çıxıb.
saytlarin hazirlanmasi