"Real"ın sabiq baş məşqçisi Zinəddin Zidan meşə yanğınlarına qarşı mübarizədə Əlcəzairə maliyyə yardımı göstərib.
Sportal.az xəbər verir ki, Əlcəzair əsilli mütəxəssis meşə yanğınlarının zərərini aradan qaldırmaq üçün 2 milyon avro bağışlayıb.
Yanğınlar nəticəsində ən az 65 nəfər ölüb, bir çox insan yaralanıb.