Türk əsilli futbolçu "Barselona"nın tarixinə düşdü

10:55 - 22 Avqust 2021

Türk əsilli futbolçu Yusuf Dəmir "Barselona"nın tarixinə düşüb.

 

Sportal.az xəbər verir ki, avstriyalı vinger buna La Liqanın 2-ci turunda keçirilən "Atletik"lə oyunda nail olub. Gənc futbolçu Kataloniya təmsilçisinin heyətində ən gənc yaşda La Liqa matçına çıxan 2-ci əcnəbi oyunçu olub. O, 18 yaş 80 günündə ilk çempionat matçına çıxıb.

 

"Barselona"nın heyətində İspaniya çempionatında debüt edən ən gənc legioner Lionel Messidi. Argentinalı ulduz buna 17 yaş 114 günündə "Espanyol"la görüşdə nail olub.

 

"Atletik" - "Barselona" qarşılaşması 1:1 hesablı bərabərliklə başa çatıb.

Xəbər xətti