"Real"ın qapıçısı koronavirusa yoluxdu

14:10 - 25 Avqust 2021

İspaniyanın "Real" klubunun futbolçusu Andrey Lunində koronavirus aşkarlanıb.

 

Sportal.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb. Ukraynalı qapıçı karantinə alınıb.

 

Qeyd edək ki, 22 yaşlı "əlcək sahibi" "Real" 2018-ci ildə Luqansk "Zorya"sından transfer olunub. O, "Leqanes", "Valyadolid" və "Ovyedo"da icarə əsasında çıxış edib.

Xəbər xətti