İtaliya mətbuatı De Byazinin fikirlərini təhrif edib: "Qətiyyən belə söz deməmişəm"

16:43 - 28 Avqust 2021

Milli komandamızın baş məşqçisi Canni De Byazi İtaliya mətbuatında fikirlərinin təhrif olunduğunu bildirib.

 

Sportal.az xəbər verir ki, 65 yaşlı mütəxəssis bununla bağlı Report-a açıqlama verib:

 

"Mən qətiyyən belə söz deməmişəm. Xarici mətbuata açıqlamamda bildirmişəm ki, bu qrupda Portuqaliya və Serbiya ilə birinci yer uğrunda mübarizə aparmaq çox çətin olacaq. Bununla belə, sözügedən rəqiblərə qarşı qalan matçlarda əlimizdən gələni edib, yaxşı nəticə qazanmağa çalışacağıq. Amma 3-cü yeri tutmaq üçün Lüksemburq və İrlandiya ilə sonadək vuruşacağıq".


Qeyd edək ki, A qrupunda yer alan və 2 oyundan sonra xalı olmayan Azərbaycan millisi sonuncu sırada qərarlaşıb.

Xəbər xətti