Portuqaliya millisində itki: Bakıya gəlməyəcək

12:25 - 30 Avqust 2021

DÇ-2022-nin seçmə mərhələsində İrlandiya və Azərbaycanla qarşılaşacaq Portuqaliya yığmasının heyətində dəyişiklik baş verib.

 

Sportal.az xəbər verir ki, “Lester”də çıxış edən müdafiəçi Rikardo Pereyra zədə səbəbindən heyətdən çıxarılıb. Onun əvəzinə milliyə “Vulverhempton”dan Nelson Semedo çağırılıb.

 

Portuqaliya millisi sentyabrın 1-də İrlandiyanı qəbul edəcək. Azərbaycanla oyun isə sentyabrın 7-də Bakıda olacaq.

Xəbər xətti