Xorvatiya - Azərbaycan oyununun hakimləri müəyyənləşdi

13:35 - 30 Avqust 2021

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 2-də, saat 21:00-da, Velika Qoritsa şəhərindəki şəhər stadionunda keçiriləcək Xorvatiya - Azərbaycan oyununun hakimləri açıqlanıb.

 

Sportal.az xəbər verir ki, qarşılaşmanı Ukraynadan olan hakimlər briqadası idarə edəcək.

 

Baş hakim: Denis Şurman

Baş hakimin köməkçiləri: Aleksandr Korniyko, Viktor Nijnik

Dördüncü hakim: Viktor Kopievski

(Hakimlər briqadası Ukraynadandır)

Xəbər xətti