Millimizdə itki: müdafiəçi səhhətinə görə heyətdən kənarlaşdırıldı

14:32 - 30 Avqust 2021

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Rüfət Əhmədov Avropa çempionatının seçmə mərəhələsinin oyunları üçün açıqlanan heyətdən çıxarılıb.

 

Sportal.az AFFA-nın saytına istinadən xəbər verir ki, 19 yaşlı müdafiəçi səhhəti ilə əlaqədar yığmadan kənarlaşdırılıb. O, Xorvatiya və Avstriya ilə matçları buraxacaq.

 

Qeyd edək ki, U-21 millimiz sentyabrın 2-də Xorvatiyanın, sentyabrın 7-də isə Avstriyanın qonağı olacaq.

Xəbər xətti