DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan və Serbiya ilə qarşılaşacaq Lüksemburq yığmasında daha bir futbolçuda koronavirus aşkarlanıb.
Sportal.az xəbər verir ki, yarımmüdafiəçi Dioqo Pimenteldən sonra müdafiəçi Eldin Coqoviçində də koronavirus testi pozitiv çıxıb. Almaniyanın "Maqdeburq” klubunda çıxış edən futbolçu yığmanın heyətindən kənarlaşdırılıb.
Xatırladaq ki, Lüksemburq millisinin müdafiəçisi Marvin Martinslə yarımmüdafiəçi Kris Filipps də zədə səbəbindən millimizə qarşı oynamayacaq.
Lüksemburq yığması DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində sentyabrın 1-də Azərbaycanı qəbul edəcək. Oyun saat 22:45-də start götürəcək.
saytlarin hazirlanmasi