"Azərbaycanın zəif və güclü tərəflərini bilirik"

16:30 - 31 Avqust 2021

DÇ-2022-nin seçmə mərhələsində sabah Azərbaycan yığması ilə qarşılaşacaq Lüksemburq millisinin kapitanı Loran Yans açıqlama verib.

Sportal.az xəbər verir ki, o, hər iki komandanın bir-birini yaxşı tanıdığını deyib:

"Millinin heyətində Azərbaycana qarşı dörd oyun keçirmişəm. Bu matçların üçündə heç-heçə etmişik, birində isə qalib gəlmişik. Ümid edirəm ki, bu rəqibə qarşı məğlubiyyətsizlik seriyası davam edəcək.

Hər iki komanda bir-birini yaxşı tanıyır. Bu, həm rəqib, həm də bizim üçün üstünlük ola bilər. Çünki aramızdakı oyunların üstündən elə də çox vaxt keçməyib. Azərbaycanın zəif və güclü tərəflərini bilirik. Eyni sözləri rəqib üçün də deyə bilərik. Onlar da bizi yaxşı tanıyırlar. Oyunlar hər zaman bərabər səviyyədə keçib. Düşünürəm ki, yenə belə olacaq. Hər iki komanda meydana qələbə üçün çıxacaq".

Xəbər xətti