Azərbaycan millisi DÇ-2020-nin seçmə mərhələsi çərçivəsində sabah Lüksemburqun qonağı olacaq.
Sportal.az xəbər verir ki, qarşılaşmadan əvvəl keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Luk Holtz və futbolçu Danel Sinani jurnalistlərin suallarını cavablandırıb:
Luk Holtz (Lüksemburq milli komandasının baş məşqçisi): “Azərbaycan millisi möhkəm komandadır. Hər iki komandanın qalib gəlmək şansı 50 faizdir. Təbii ki, 3 xal qazanmaq üçün meydana çıxacağıq. Rəqibin gücünü nəzərə almaqla bunu etmək asan olmayacaq.
Yeni stadionda ilk oyunumuzu keçirəcəyik. Çalışacağıq ki, ilk oyundan qalib ayrılaraq azarkeşlərimizi sevindirək. Rəqib seçmə mərhələdə Portuqaliyaya 0:1, Serbiyaya isə 1:2 hesabı ilə məğlub olub. Bu da onların mübariz komanda olmasından xəbər verir”.
Daniel Sinani: “Azərbaycanla sonuncu oyunda penaltidən istifadə edə bilmədim. Amma sabahkı qarşılama üçün komanda olaraq oyuna tam hazırıq. Rəqibin mübariz, döyüşkəm komanda olmasına baxmayaraq, qalib gəlməyə çalışacağıq”.
saytlarin hazirlanmasi