Bu gün DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Azərbaycanla oynayacaq Lüksemburq millisində itkilər var.
Sportal.az xəbər verir ki, Lüksemburq millisinin heyətində birdən-birə 4 futbolçu bugünki matçda meydana çıxa bilməyəcək.
Belə ki, onlar arasında zədəli və koronavirusa yoluxanlar var. Marvin Martins, Dioqo Pimentel, Kris Filips və Eldin Dzoqoviç yığmamızla oyunda meydanda olmayacaq.