DÇ 2022-nin seçmə mərhələsi çərçivəsində Azərbaycanla qarşılaşacaq Portuqaliya milli komandasının heyətində daha bir itki baş verib.
Sportal.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi Pedru Qonsalveş zədələnib. "Sportinq"in futbolçusunun sol ayağında iltihab aşkarlanıb. Bu səbəbdən də Pedru DÇ-2022-nin seçmə mərhələsində İrlandiya və Azərbaycanla görüşlərdə, həmçinin Qətərlə yoldaşlıq oyununda iştirak edə bilməyəcək.
Xatırladaq ki, Portuqaliya millisinin oyunçuları Renato Sançes və Rikardo Pereyra da zədə səbibindən heyətdən çıxarılıb.
Qeyd edək ki, Azərbaycan - Portuqaliya matçı sentyabrın 7-si saat 20:00da başlayacaq.