Lüksemburqun baş məşqçisi: "Oyunun sonları bizim üçün asan keçmədi"

11:45 - 2 Sentyabr 2021

Lüksemburq millisinin baş məşqçisi Luk Holts DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan yığmasına qarşı keçirdikləri oyunu şərh edib.

Sportal.az xəbər verir ki, o, 2:1 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“İlk hissədə oyuna daha çox nəzarət edən tərəf biz idik. Əlbəttə, bunda erkən qol vurmağımızın da səbəbi vardı. Komandamın oyununda razı qaldım. İkinci hissədə rəqibin daha çox üzərimizə gələcəyini gözləyirdik. Elə də oldu. Cərimə zərbəsindən baxımlı qol vuraraq hesab arasındakı fərqi azaltdı. Xüsusən, oyunun sonları bizim üçün asan keçmədi. Üç oyundan 6 xal toplamışıq. Təbii ki, bu nəticə məni olduqca qane edir”.

Xəbər xətti