İrlandiya millisinin baş məşqçisi Stiven Kenni DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində yığmamıza qarşı keçirəcəkləri oyun haqda danışıb.
Sportal.az xəbər verir ki, 49 yaşlı mütəxəssis azarkeşlərin qarşısında oynamağın onlar üçün stimul olacağını deyib:
“Seçmə mərhələdə ilk dəfə doğma azarkeşlərimiz qarşısında oynayacağıq. 28 min azarkeşin qarşısında oynamaq əla olacaq. Enerjiyə ehtiyacımız var. Bu, futbolçular üçün böyük stimul olacaq. Bir məşqdən sonra oyuna çıxacağıq. Ümid edirəm ki, oyunçular azarkeşlərin müsbət enerjisindən faydalana biləcəklər”.
Sentyabrın 4-də keçiriləcək İrlandiya – Azərbaycan matçı saat 20:00-da start götürəcək.
saytlarin hazirlanmasi