İspaniya 28 il sonra məğlub oldu - VİDEO

13:13 - 3 Sentyabr 2021

DÇ-2022-nin seçmə mərhələsinin oyunları davam edir.

 

Sportal.az xəbər verir ki, İspaniya milli komandası səfərdə İsveçin qonağı olub. Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsiylə başa çatıb.

 

Bu qarşılaşmada İspaniyanın məğlubiyyətsiz oyunlar seriyası qırılıb. Komanda sonuncu dəfə 1993-cü ildə DÇ-1994-ün seçmə matçında Danimarkaya 0:1 hesabı ilə məğlub olmuşdu. Pireneylilər bu müddət ərzində 66 oyun idi ki, məğlub olmurdular (52 qələbə, 14 heç-heçə).

 

İsveç - İspaniya 2:1

Qollar: Aleksander İsak, 6, Viktor Klaesson, 57 - Karlos Soler, 5

 

Xəbər xətti