Azərbaycan FIFA reytinqində geriləyəcək

15:25 - 3 Sentyabr 2021

DÇ-2022-nin seçmə mərhələsində səfərdə Lüksemburqa məğlubiyyətin (1:2) Azərbaycan millisinin FIFA mövqeyinə necə təsir edəcəyi məlum olub.

Sportal.az xəbər verir ki, "cırtdan" ölkə təmsilçisinə yenilgi yığmanın aktivindən 10,8 xal silinməsi deməkdi. Son siyahıda 1166,4 xalı olan millinin aktivində hazırda 1155,6 xal var. Bu isə indiki məqamda bir neçə pillə geriləmək deməkdi. Yığma İrlandiya və Portuqaliyaya qarşı görüşlərdə vəziyyəti düzəltməyə çalışmalıdı.

Yeni reytinq cədvəli sentyabrın 16-da açıqlanacaq.

Azərbaycan yığması hazırda dünyanın 112-cisidi.

Xəbər xətti